"Azərbaycan Hava Yolları" QSC – AZAL Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.
YeniAvropa xəbər verir ki, bu barədə QSC-nin "Facebook" səhifəsində məlumat paylaşılıb.
“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilir.