Bu ilin on bir ayında Azərbaycanın strateji valyuta ehtiyatları 12,3 faiz və ya 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard dollara çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Ümumilikdə, cari ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23,5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə çox müsbət saldo yaranıb. Bu ilin 9 ayında tədiyə balansının cari əməliyyatlar hesabında Ümumi Daxili Məhsulun (ÜDM) 30,7 faizi səviyyəsində profisit yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam edib.