Dekabrın 29-da Bakıda Qırğız Respublikasının Azərbaycandakı Ticarət Evinin açılışı olub.
YeniAvropa xəbər verir ki, mərasimda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov təsisatın ölkələrimiz arasında işgüzar əməkdaşlığın inkişafına töhfə verəcənə əminliyini bildirib.
“Qırğız Respublikasının Azərbaycandakı Ticarət Evi ölkələrimiz arasında ticarətin artmasına müsbət təsir göstərəcək”, - deyə O.Məmmədov vurğulayıb.