Azərbaycan sahibkarlarına ilk dəfə “Dayaq” mükafatı verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) beşillik yubileyini kiçik və orta biznes üçün “Dayaq” mükafatının təqdim edilməsinə həsr etməsi gözəl təşəbbüsdür.
YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu mükafatın təqdim edilməsinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Nazir KOBİA-nın fəaliyyətə başlamasının 5 illiyi münasibətilə Agentliyin əməkdaşlarını və sahibkarları təbrik edib.
Qeyd olunub ki, KOB-lar ölkə iqtisadiyyatında çevikliyi və dayanıqlılığı, məşğulluğu təmin edir, iqtisadi şaxələndirməyə əhəmiyyətli töhfə verir. Sahibkarların iqtisadi inkişafda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasında fəal iştirakına toxunan nazir diqqətə çatdırıb ki, hazırda Qarabağda sahibkarlar uğurla fəaliyyət göstərir. Ağdam və Cəbrayılda yaradılmış sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti buna nümunədir. Sahibkarların bu proseslərdə biznes mənafeləri ilə yanaşı, vətənpərvərlik və sosial məsuliyyət nümayiş etdirməsi, uğurlu gələcəyə yönəlmiş baxışa malik olması isə olduqca təqdirəlayiqdir. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə bir çox yeni layihələr həyata keçiriləcək ki, bu da Qarabağda geniş məskunlaşmanı təmin edəcək.
Tədbirdə çıxış edən prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkə iqtisadiyyatının inkişafında özəl sektorun xüsusi rolunu, sahibkarlığın inkişafının dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu qeyd edib. Bildirilib ki, ölkə iqtisadiyyatına dəyər qatan sahibkarlar dövlət tərəfindən yüksək qiymətləndirilir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dəstək və xidmətləri, 2023-cü ildə sahibkarlar üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verib.
Sonra Azərbaycan Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub.
Tədbirdə 2022-ci ildə uğur qazanmış sahibkarlar “Dayaq” mükafatının “Uğurlu istehsalçı”, “Uğurlu startap”, “İdman və sağlamlıq sahəsində uğurlu fəaliyyət”, “Uğurlu fermer”, “Qarabağda müasir təhlükəsizlik texnologiyalarının tətbiqi”, “Sağlamlığın keşiyində”, “Təmiz ətraf mühit və yaşıl artım”, "Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma fəaliyyəti", “KOB-ları dəstəkləyən bank”, "Fəal ixracatçı şirkət", “Turizm”, “Fəal xarici şirkət”, “Uğurlu qadın sahibkar”, “KOB-ların şəbəkələşməsinə dəstək” və "Gənc sahibkar" nominasiyaları üzrə mükafatlandırılıblar.
“Dayaq” mükafatını sahibkarlara iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı naziri İnam Kərimov, səhiyyə naziri Teymur Musayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim ediblər.
Qeyd edək ki, “Dayaq” mükafatı sahibkarlara bu il ilk dəfə təqdim olunur. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.
Tədbirdə həmçinin, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin qurulmasına və KOBİA-nın 5 illik fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunub.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq