logo

Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib

12:32 28-12-2022 | icon 2744
Natiq Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib

Azərbaycan Dövlət Gömrük Komitəsi(DGK) sədrinin yeni müavini təyin edilib.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. O, İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Bundan başqa, N.Şirinova 12 fevral 2021-ci ildə prezidentin sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi də verilib.

O, həmçinin, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi olub.