logo

Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırır

14:12 27-12-2022 | icon 2758
Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırır

Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Nazir bildirib ki, Konvensiya ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək.