logo

“Buta Airways”  29 avroya 10 min aviabileti satışa çıxarır

12:44 22-12-2022 | icon 5572
“Buta Airways”  29 avroya 10 min aviabileti satışa çıxarır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-dək) 9 istiqamət üzrə 29 avroya aviabiletlərin satışını elan edir.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, QSC-nin tərkib hissəsi olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti bu gün saat 16:00-da bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə 29 avroya 10 min biletin onlayn satışına başlayacaq.

Bu təklif aviaşirkətin 9 istiqaməti üzrə keçərlidir: Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufa.

Aviaşirkətin “www.butaairways.az” rəsmi saytında uçuş cədvəli ilə daha ətraflı tanış olmaq və aviabiletləri əldə etmək mümkündür.

“Büdcə” tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 santimetrə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürə bilərsiniz.

Aviadaşıyıcının reyslərində “Büdcə” tarifindən əlavə, müvafiq olaraq 10 kiloqrama və 23 kiloqrama baqajın daxil olduğu “Standart” (55 avrodan) və “Super” (75 avrodan) tarifləri ilə də bilet əldə etmək imkanı təklif olunur.

Vacib xəbərləri və sərfəli təklifləri qaçırmamaq üçün aviaşirkətin rəsmi sosial şəbəkə hesablarının yeniliklərini izləyin.