logo

AQTA İrandan gətirilən 34 ton bibərin satışına qadağa qoydu

11:44 22-12-2022 | icon 2380
AQTA İrandan gətirilən 34 ton bibərin satışına qadağa qoydu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından hüquqi şəxs “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 min 452 kiloqram və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 min 472 kiloqram bibər məhsulundan götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən orqanizm pomidor meyvələrinin qonur qırışıqlıq virusu aşkarlanıb.

Agentlik tərəfindən istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.