Səudiyyə Fondu Azərbaycanda bir sıra layihələri maliyyələşdirəcək
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ilə görüşüb.
Nazirlikdən YeniAvropa-ya bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.
Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdül-Əziz Əl-Falih ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişafı, investisiya sahəsində yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Görüşdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Səudiyyə İnkişaf Fondu arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Abdulrahman Al-Marshad imzalayıblar. Memorandumda Səudiyyə İnkişaf Fondu tərəfindən ölkəmiz üçün prioritet olan sahələr üzrə inkişaf layihələrinin maliyyələşdirilməsi üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.
Görüşdən sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdül-Əziz Əl-Falih sahibkarlarla görüşüb, biznes dialoqun genişləndirilməsini müzakirə edib, təklifləri dinləyiblər.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq