logo

AZAL-ın təyyarəsi yenə Naxçıvana uça bilmədi

18:49 19-12-2022 | icon 2247
AZAL-ın təyyarəsi yenə Naxçıvana uça bilmədi

Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar dekabrın 19-da "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.

AZAL-dan YeniAvropa-ya bildirilib ki,təhlükəsizlik məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Aviaşirkət təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.

Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə “[email protected]” elektron poçt ünvanı və ya (+99455) 204-65-54, (+99470) 437-40-86 vatsap nömrələri vasitəsilə müraciət edə bilərsiniz.