logo

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası yaradılır

14:14 19-12-2022 | icon 2170
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası yaradılır

Dekabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əl Dakhil imzalayıblar. Hər iki ölkədən biznes icmalarının nümayəndələrinin təmsil olunacağı Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası sahibkarların təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar, dəyirmi masa və digər tədbirlərin təşkilinə kömək edəcək, biznes dairələri arasında informasiya mübadiləsini həyata keçirəcək.Qeyd edək ki, imzalanma Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclasında baş tutub. Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentlik və Səudiyyə Ərəbistanının müvafiq qurumları arasında əməkdaşlığa dair məlumat verib, KOBİA-nın ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi üçün fəaliyyətini davam etdirəcəyini, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının biznes icmaları arasında əməkdaşlığı inkişaf etdirməklə ticarət əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb.