Tbilisiyə rəsmi səfəri çərçivəsində Azərbaycanın baş naziri Əli Əsədov dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyinin inzibati binası ilə tanış olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinə SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin fəaliyyəti barədə məlumat verilib.