logo

Bağlanan daha bir bankın əmlakları hərraca çıxarılacaq

12:12 03-12-2022 | icon 2611
Bağlanan daha bir bankın əmlakları hərraca çıxarılacaq

Dekabrın 21-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atrabank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan  YeniAvropa-ya bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 149 ünvanında yerləşən (ü/s 69,7 kvadratmetr) 41 saylı mənzildir. Daşınmaz əmlakın hərracdakı ilkin satış qiyməti 70 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).