logo

Bügünkü hərracda 33 avtomobil satılıb

13:53 23-11-2022 | icon 2345
Bügünkü hərracda 33 avtomobil satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 22-də keçirilən hərracda 33 nəqliyyat vasitəsi satılıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, hərracda Cənubi Koreya istehsalı olan avtomobillərə maraq böyük olub. Belə ki, lot üzrə hərraca çıxarılan 24 ədəd “Hyundai IX-35” markalı avtomobilin ilkin toplam satış qiyməti 160 min 750 manat olsa da, edilən ən son təklif 182 min manata yüksəlib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/32k9z2).

Məlumat üçün bildirilir ki, bu ay üzrə növbəti hərraclar noyabrın 29 və 30-da keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 4 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və 24 nəqliyyat vasitəsi çıxarılıb.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.