Yanvar-oktyabr aylarında Azərbaycan ən çox İtaliyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Həmin ixracın həcmi 8 milyon 362,8 min ton, dəyəri isə 6 milyard 263,8 milyon ABŞ dolları olub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi(DGK) məlumat yayıb.
On ayda ölkəmizdən Hindistana 1 milyard 548,5 milyon dollarlıq 1 milyon 878 min ton, İsrailə 1 milyard 502,8 milyon dollarlıq 2 milyon 60,4 min ton, Xorvatiyaya 952,3 milyon dollarlıq 1 milyon 159,6 min ton, İspaniyaya 824,3 milyon dollarlıq 1 milyon 113,3 min ton, Böyük Britaniyaya 752,5 milyon dollarlıq 926 min ton, Çexiyaya 658,7 milyon dollarlıq 822,5 min ton, Portuqaliyaya 641,8 milyon dollarlıq 881,5 min ton, Tunisə 408,4 milyon dollarlıq 542,8 min ton, İndoneziyaya 381,8 milyon dollarlıq 488 min ton, Almaniyaya 380,2 milyon dollarlıq 531,2 min ton, Vyetnama 361,7 milyon dollarlıq 415,7 min ton, İrlandiyaya 336,3 milyon dollarlıq 433 min ton, Türkiyəyə 331,2 milyon dollarlıq 525,8 min ton, Rumıniyaya 320 milyon dollarlıq 448,6 min ton, Ukraynaya 304,5 milyon dollarlıq 506,3 min ton, Tailanda 257,2 milyon dollarlıq 404,9 min ton, İsveçrəyə isə 232 milyon dollarlıq 264,8 min ton xam neft və xam neft məhsulları ixrac olunub.
Qeyd edək ki, on ayda Azərbaycan 28 ölkəyə xam neft və xam neft məhsulları göndərib.
Hesabat dövründə Azərbaycandan ümumilikdə 22 milyon 682,7 min ton xam neft və xam neft məhsulları ixrac edilib, ixracın dəyəri 17 milyard 179,6 milyon dollar olub.