Belqradda Serbiya-Azərbaycan biznes forumu keçirilib
Noyabrın 21-də Belqrad şəhərində Serbiyanın Ticarət və Sənaye Palatası(CCIS) və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Serbiya-Azərbaycan biznes forumu keçirilib.
YeniAvropa xəbər verir ki, biznes forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkəmizdə aparılan iqtisadi islahatlar, sahibkarlar və investorlar üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Nazir müavini kənd təsərrüfatı, sənaye, tikinti, energetika, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin genişləndirilməsi potensialını qeyd edib, biznes forumun iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyini vurğulayıb.
Serbiyanın iqtisadiyyat nazirinin xüsusi müşaviri xanım Miryana Filipoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, Azərbaycan şirkətlərini Serbiyada müxtəlif sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonada görülən işlər, logistika imkanları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, Azərbaycan və Serbiya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi, AZPROMO-nun rəhbəri Yusif Abdullayev qurumun fəaliyyəti, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac imkanları barədə danışıblar.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq