Gələn ilin fevralın 8-9-da Bakıda keçirilməsi planlaşdırılan “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu” çərçivəsində iştirakçılarla görüş keçirilib.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından(AQSİA) YeniAvropa-ya bildirilib ki, Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva “Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumu”nun ölkəmizdə yeni layihələrin beynəlxalq tərəfdaşlarla keçirilməsi üçün yaxşı fürsət olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”ni əhatə edən layihələrin keçirilməsində hər zaman maraqlıdır.
Görüş zamanı Azərbaycan, Rusiya və Almaniyadan iştirakçılar ilkin tanışlıq prosesindən keçib, maraqlı işgüzar oyun və seminarlar keçirilib.
Layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir.