On ayda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2555,1 kiloqramı qızılın payına düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 321,7 kiloqram az olub.
Bu il noyabrın 1-nə olan vəziyyətə əsasən, 339 kiloqram hazır qızıl ehtiyatı var.