logo

Azərbaycan-Türkiyə ticarət dövriyyəsi ilk dəfə 6 milyard dolları ötəcək

15:15 17-11-2022 | icon 2338
Azərbaycan-Türkiyə ticarət dövriyyəsi ilk dəfə 6 milyard dolları ötəcək

Bu il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi həcminin ilk dəfə 6 milyard ABŞ dollarından çox olacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət Müşavirliyinin baş müşaviri Ahmet Erdal "Qarabağın yenidən qurulması çərçivəsində yol, körpü və tunel tikintilərində tətbiq edilən müasir materiallar, mexanizmlər və istifadə qaydaları" mövzusunda keçirilən konfransda deyib.

"Ticarət Müşavirliyi olaraq əsas işimiz Azərbaycan ilə Türkiyə arasındakı ticarət əlaqələrinin inkişafıdır. İki ölkə arasında illərdən bəri davam edən əlaqələr Azərbaycanın Vətən Müharibəsində qazanılan zəfərlə daha fərqli bir nöqtəyə qədəm qoydu. Təsadüfi deyil ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət həcmi 4,3 milyard ABŞ dolları olub. Bu il bu ticarət həcminin 6 milyard ABŞ dolları keçəcəyini gözləyirik” , - deyə A.Erdal əlavə edib.

Onun sözlərinə görə, dövlət başçılarının isə bizlərin qarşısına qoyduğu hədəf 15 milyard dollara ən qısa vaxtda çatmaqdır: “Biz buna nail olacağıq".

Xatırladaq ki, ötən il Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 4,662 milyard ABŞ dolları olub. Bu son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ən yüksək göstərici olub.