Yanvar-oktyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 31 milyard 707,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 11,5 faiz artım müşahidə olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, ötən on ayda qaz nəqlinin 53,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 17 milyard 69,7 milyon kubmetr təbii qaz ixrac edilib.