logo

Laçın polisi ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

10:40 28-10-2022 | icon 6342
Laçın polisi ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin(DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, bu gün Laçın rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.