logo

“Azpetrol” Hadrutda 2-ci yanacaqdoldurma məntəqəsini açıb

10:01 17-10-2022 | icon 1974
“Azpetrol” Hadrutda 2-ci yanacaqdoldurma məntəqəsini açıb

Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan “Azpetrol” şirkəti, strateji inkişaf planına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə 2-ci yanacaqdoldurma məntəqəsini(YDM) istismara verib.

YeniAvropa xəbər verir ki, şirkətin yaydığı açıqlamada qeyd edilib ki, işğaldan azad edilən ərazilərdə “Azpetrol” brendi altında fəaliyyət göstərən növbəti səyyar (modul) tipli YDM Hadrut qəsəbəsində yerləşir.

Burada "Aİ-92", "Premium" və "Dizel" yanacaq növlərinin satışı həyata keçiriləcək. YDM ərazisində 5 yeni iş yeri yaradılıb. Zəngilanın Ağalı kəndi ərazisində avqust ayından fəaliyyət göstərən YDM-in işçilərini nəzərə alaraq, “Azpetrol” şirkəti Qarabağ ərazisində artıq 10 daimi iş yerinin açılmasını təmin edib.

Qeyd edilib ki, bu, “Azpetrol”un respublika üzrə sayca 96-cı YDM-dir.

“Azpetrol” şirkətinin ilk YDM-i - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 96 YDM-i, 2 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən muasir standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 Neftbazası, yanacaqdaşıyan maşınlar üçün Avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 yanacaq daşıyan avtomobili, minik maşınları üçün Avtosahə mövcuddur. Fəaliyyət göstərən YDM-lərdə 4 sıxılmış təbii qazdoldurma postu, 3 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.