Bakıda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Moldova Hökumətlərarası Komissiyasının növbəti iclası öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, iclas Komissiyanın Azərbaycan tərəfdən həmsədri, kənd təsərrüfatı naziri İnam Kərimovun və Moldova tərəfdən həmsədri, bu ölkənin baş nazirinin müavini Andrey Spinunun iştirakı ilə baş tutub.
İclasdan əvvəl rəsmilər ikitərəfli görüş keçirib. İclasın yekununda protokol imzalanacağı gözlənilir.