İyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.