Bu gün DİM magistraturalara qəbul imtahanı keçirir
Bu gün Dövlət İmtahan Mərkəzi(DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir.
DİM-dən YeniAvropa-ya bildirilib ki, imtahan respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada təşkil olunur.
Bütün binalarda saat 11:00-da başlanacaq imtahan 3 saat davam edəcək. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar binaya buraxılmır.
İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahan vermək üçün 14 min 843 bakalavr ərizə təqdim edib. Onlardan 13 min 796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.
Bu imtahanda 5 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil və hərəkət məhdudiyyətli) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Qəbul imtahanı Bakıda 45, Sumqayıtda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 11226, Naxçıvanda 525, Gəncədə 1247, Sumqayıtda 1033, Mingəçevirdə 500, Lənkəranda 312 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1380 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı (mühafizə), 61 bina nümayəndəsi cəlb edilib.
Bakalavrlar imtahana gələrkən aşağıda qeyd edilən sənədləri mütləq gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Azərbaycan-Pakistan ədəbi əlaqələri konfransda müzakirə edilir
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
Paytaxtda xadimə mənzildən 60 min manatlıq zinət əşyaları oğurlayıb
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
İrandan Azərbaycana 6 kq narkotika keçirmək istədilər
Azərbaycan Ordusunda "Ən yaxşı snayper" yarışı keçirilib
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb
Xırdalanda arvadını öldürən kişi saxlanılıb
Daha 39 ailə Füzuliyə köçürülüb
Sabah Bakıda 30° isti olacaq
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib
Bu gün 20 minədək bakalavr magistraturaya imtahan verir
Ağdamda qreyder minaya düşüb,sürücü ayağından xəsarət alıb
Cüdoçumuz Elcan Hacıyev də Avropa çempionu olub
Alkoqolun təsiri altında tanışını öldürüb, həyətdə basdırdı
Laçın Ukraynanın İrpen şəhəri ilə qardaşlaşacaq
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
Azərbaycan Qırğızıstana neft məhsulları ixrac edəcək
Hidayət Heydərov dördqat Avropa çempionudur
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
Moskva Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır-Peskov
“Koroğlu”da narkokuryerdən 2 kq-dan çıx nakotika götüülüb
Monteneqro prezidenti Sahibə Qafarova ilə görüşüb