logo

Azərbaycan xüsusi təyinatlılarıı Türkiyədə təlimlərini başa vurub

13:33 27-10-2021 | icon 1393
Azərbaycan xüsusi təyinatlılarıı Türkiyədə təlimlərini başa vurub

Azərbaycan Ordusunun Türkiyəyə təlimə göndərilən 383 xüsusi təyinatlısı kursu uğurla başa çatdırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

“Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığının təşkil etdiyi “Əməliyyat Təlim Kursu” başa çatıb. 383 azərbaycanlı hərbçinin iştirak etdiyi təlim kursu avqustun 23-dən oktyabrın 16-na kimi davam edib”, - deyə Nazirliyin məlumatında bildirilib.

Təlimi başa vuran hərbçilərə sertifikatlar təqdim edilib.