Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.
1974-cü il təvəllüdlü Qaracayev Mustafa Məhəmməd oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 47 yaşlı kişini qardaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.