logo

Müdafiə Nazirliyi:"Ermənilərin verdiyi Ağdamın mina  xəritəsi təhlil olunur"

10:20 20-06-2021 | icon 5264
Müdafiə Nazirliyi:"Ermənilərin verdiyi Ağdamın mina  xəritəsi təhlil olunur"

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib.

A.Eyvazov YeniAvropa-ya açıqlamasında hazırda mütəxəssislər tərəfindən xəritələrin tam təhlilinin aparıldığını deyib.

"Eyni zamanda, bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir.

Bir daha təkrar edim ki, bu istiqamətdə əldə olunan nəticələr zamanı çatdıqca mütəmadi ictimailəşdiriləcək",- deyə Anar Eyvazov bildirib.