logo

Lənkəranda bir evdən dəfələrlə oğurluq etdi- 4 il sonra yaxalandı

12:18 11-05-2021 | icon 2184
Lənkəranda bir evdən dəfələrlə oğurluq etdi- 4 il sonra yaxalandı

Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayonunun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə heroin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.