Qoruqda adı “Qırmızı kitab”a düşən quşları ovlayanlar saxlanıldılar
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə dövlət əhəmiyyətli qoruq və parklara qanunsuz yollarla daxil olaraq ov etməyə çalışan şəxslərə qarşı tədbirlər keçiriblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həyata keçirilən sonuncu belə tədbir zamanı Lənkəran şəhərində Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan “Qızılağac” Milli Parkında qanunsuz olaraq quş ovlayan Lənkəran şəhər sakinləri Nail Cabbarov və qohumu İmamverdi Orucov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərindəki bağlamalara baxış zamanı qanunsuz ovladıqları 66 ədəd müxtəlif növ çöl quşu, ov silahları, ov alətləri və digər ləvazimatlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin ümumiyyətlə ovçuluq etmək üçün sənədləri yoxdur və onların ovladıqları quşların bəzilərinin adı “Qırmızı kitab”a düşən növlərdəndir.
Su Nəqliyyatında Polis İdarəsi ovçuluq və balıqçılıqla məşğul olmaq istəyən şəxslərin diqqətinə bir daha çatdırır ki, “ASAN xidmət” mərkəzlərində dövlət rüsumu ödəməklə kvotalar əldə edərək müəyyənləşdirilmiş qaydalar çərçivəsində bu fəaliyyətlə məşğul ola bilərlər. Balıqçılar hansı növə aid balıqların tutulmasının qadağan olduğunu, ov etmək istəyən şəxslər isə vurulması qadağan edilən və adı “Qırmızı kitab”a düşən quşlar barədə məlumatları Su Nəqliyyatında Polis İdarəsinə müraciət edərək əldə edə bilərlər.
Həmin şəxslərə xəbərdarlıq edilir ki, qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz olaraq ov alətlərindən istifadə edən, adı “Qırmızı kitab”a düşən quşları ovlayan şəxslərə qarşı Cinayət və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq