Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.