Abel Məhərrəmovun sərvəti açıqlandı: naşirdən təklif gəldi...
"BDU-nun sabiq rektoru Abel Məhərrəmova məxsus "Mono Liza” şadlıq sarayı Bakı Uşaq və Gənclər Teatrına verilsin”.
YeniAvropa xəbər verir ki, belə bir təkliflə "Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu çıxış edib.
O bildirib ki, Abel Məhərrəmovun sərvəti xalqın cibindən oğurlanmış pullar hesabına toplanıb. Ona görə də, o sərvətdən kiçik bir hissənin teatra verilməsi labüddür:
"Abel Məhərrəmovun varidatının siyahısı yayılıb. Hər kəsə gün kimi aydındır ki, bu varidat ona nəsildən keçməyib, rektor olduğu müddətdə büdcədən oğurlayıb, bir də tələbələrdən alınan rüşvətdən toplanıb. Bu dünyada ən çirkli pul tələbədən alınan rüşvətdir. İnanın ki, bu, narkotik alverindən qazanılan puldan daha çirklidir və daha bağışlanmazdır.Şəxsi əmlak, əlbəttə, toxunulmazdır. Amma bu sadalanan əmlakların heç biri Abelin şəxsi əmlakı deyil, o əmlaklarda minlərlə insanın alın təri var. Fəhlənin, kəndlinin, zəhmətkeş insanların, yetim insanların əməyi, vicdanlı insanların isə əsəbi var. Gec-tez bu mülklər, saraylar gerçək sahiblərinə qaytarılacaq.
İndilikdə isə bir təklif etmək istəyirəm. Və xahiş edirəm, bu təklifə hər kəs qatılsın.
Bir müddət öncə Bakı Uşaq və Gənclər Teatrının rəhbəri İntiqam Soltan teatrın binası ilə bağlı müraciət etmişdi ki, bu qədər şadlıq saraylarının birini verin teatra. Heç kimin səsi çıxmadı. Hətta Ramil Usubovun da. Bildiyimə görə, Çobanzadə küçəsində olan şadlıq saraylarının əksəriyyəti Ramil Usubova məxsusdur.
Bunların heç birindən tağıyevlik, nağıyevlik gözləməyə dəyməz. Onlarda nə ürək, nə cəsarət, nə də millətinin gələcəyini düşünmək var.
Uşaq teatrının binasını baş rüşvətxor və əsas büdcə oğrularından biri, köhnə Mədəniyyət naziri Əbülfəz Qarayev satıb. Neçə illərdi, teatr səyyar fəaliyyət göstərir.
Neçə adam MONO LİZA-nın uşaq teatrına verilməsini istəyir? Biz notarius deyilik. Biz qərar qəbul edən bir orqan da deyilik. Bizim sadəcə sərbəst deyə biləcək sözümüz var. Bizim fikrimizi açıq ifadə edəcək meydanımız var. Heç olmasa virtual olaraq bir teatra bina verək. Uşaq teatrına. Qoy uşaqlarımızın MONO LİZA adında bir teatrı olsun. Uşaqlarımızla bağlı arzularımızın sərhədlərini mədəniyyətə doğru aparaq, şadlıq saraylarına doğru yox...”
Nabrandakı "El Faro" hotel
Abel Məhərrəmovun əmlakının siyahısını təqdim edirik:
1."El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli, 1596)
3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
5. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brend kişi kostyumları mağazaları şəbəkəsi)
Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq