logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

20:49 25-08-2020 | icon 2562
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

YeniAvropa xəbər verir ki, TƏBİB-in məlumatına əsasən, hazırda ölkədə 1 848 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 161 nəfər reanimasiyadadır, 20 nəfər isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə isə ölkədə 35 559 nəfər virusa yoluxub, 33 190 nəfər isə sağalıb.

Bu gün 6 612 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 885 279 test aparılıb.

Qeyd edək ki, bu gün 133 koronavirusa yoluxma faktı qeydə alınıb, 86 nəfər sağalıb, 2 nəfər isə ölüb.