logo

Daha 70 vətəndaşımız Qazaxıstandan təxliyə edilib.

18:49 25-08-2020 | icon 2478
Daha 70 vətəndaşımız Qazaxıstandan təxliyə edilib.

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 70 vətəndaşımız ölkəmizə təxliyə edilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan YeniAvropa-ya verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin “Həsən Əliyev” (7 nəfər), “Merkuri” (46 nəfər), “Professor Gül” (17 nəfər) gəmi-bərələri ilə yola salınan vətəndaşlarımızın hamısı COVID-19 testindən keçiriliblər.

Qeyd edək ki, iyulun 23-dən bəri Baş Konsulluğun qaynar xətti vasitəsilə qeydiyyatdan keçən vətəndaşlar Aktau limanından Vətənə təxliyə edilirlər.

Bu günədək ümumilikdə 459 vətəndaşımız Aktaudan gəmi vasitəsilə ölkəmizə yola salınıb.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşlarımızın qeydiyyatı prosesi davam etdirilir.