logo

Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi

17:55 25-08-2020 | icon 2590
Azərbaycanda daha bir jurnalist koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir jurnalist koronavirusdan dünyasını dəyişib.

 YeniAvropa xəbər verir ki, bu barədə "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova "Facebook"da status paylaşıb: "Koronavirus daha bir həmkarımızı aramızdan apardı. Uzun illər rəhbəri olduğum "Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı koronavirus səbəbindən bir müddətdir müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu xəbər hər birimizi dərindən kədərləndirdi. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. 
Allah rəhmət eləsin. Ruhu şad olsun".

Xatırladaq ki, Qələndər Xaçınçaylı "Tərəqqi" medalına layiq görülüb. O, 5 şeir kitabının müəllifidir. AYB-nin üzvü olubi.