logo

Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

16:29 25-08-2020 | icon 2429
Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 133 yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib. Aktiv xəstə sayı 1848 nəfərdir.

Ötən müddət ərzində 885 min 279 test aparılıb. Bugünkü test sayı isə 6612-dir.