logo

Hadi Rəcəbli jurnalistləri söydü:"Mən bugünkü jurnalistləri tanıyıram..."

12:30 25-08-2020 | icon 4291
Hadi Rəcəbli jurnalistləri söydü:"Mən bugünkü jurnalistləri tanıyıram..."
Xəbər verdiyimiz kimi ötən həftə sabiq deputat Hadı Rəcəbli sərt karantin qaydalarını pozaraq Bilgəhdəki "See Breza" restoranında nəvəsinə toy edib. 

YeniAvropa xəbər verir ki, toydan çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra sabiq deputat Hadi Rəcəblinin ünvanına kəskin fikirlər səsləndirilib. Sosial şəbəkə istifadəçiləri sabiq deputatın bu hərəkətini dövlətə meydan oxuması kimi qiymətləndiriblər. H.Rəcəbli məsələ ilə bağlı "news24.az"a açıqlama verib.

O deyib: “Uşaqlar DOST xidmətindən qeydiyyatdan keçərək, 10 nəfərlə “Sea Breeze” restoranında açıq havada yemək yeyiblər. Min nəfər adam orada çörək yeyir. Burada pis nə var axı? Nə mən özüm, nə də ailəm iştirak etməyib.

Zəng et, həmin restorandan soruş. Yaxud da dostlarım Hüseynbala Mirələmov və Eldar İbrahimovdan öyrən. Gör, kim olub orada? Bu qədər allahsızlıq olmaz. Mənim adımı heç yerdə çəkməyin.

150 nəfərlik toy olmayıb. Mən bugünkü jurnalistləri tanıyıram. Siz bir az Allahdan qorxun.  Səhv edib, telefonu götürdüm”.

Daha sonra o, sözlərinə belə davam edib: Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı heç yerdə çıxış etməmişəm. DİN öz qərarını verib, bu barədə artıq nəsə demək istəmirəm. Bir az mənə imkan verin, istirahət edim...”.