logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

20:55 24-08-2020 | icon 2520
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 24-nə olan statistik göstəriciləri açıqlayıb.

YeniAvropa xəbər verir ki, TƏBİB-dən verilən məlumatda bildirilir ki, hazırda ölkədə 1 803 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 181 nəfər reanimasiyada, 21 nəfər isə süni tənəffüs cihazına yerləşdirilib. 

Ümumilikdəölkədə 35 426 nəfər virusa yoluxub, 33 104 nəfər sağalıb.

Bu gün 4 890 test aparılıb. Ümumilikdə  isə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 878 667 test həyata keçirilib.

Xatırladaq ki, bu gün Azərbaycanda 152 koronavirusa yoluxma faktı qeydə alınıb, 111 nəfər sağalıb, 1 nəfər isə ölüb.