logo

Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

17:07 24-08-2020 | icon 3570
Azərbaycanda daha 152 nəfər koronavirusa yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 152 yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 35 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib. Aktiv xəstə sayı 1803 nəfərdir.

Ötən müddət ərzində 878 min 667 test aparılıb. Bugünkü test sayı isə 4890-dır.