logo

Bakıda həbsxanaya narkotik maddə keçirmək istədilər

15:10 24-08-2020 | icon 2583
Bakıda həbsxanaya narkotik maddə keçirmək istədilər

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına və 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Kazımov Rəşad Ramiz oğluna qardaşı Qobustan rayon sakini Məmmədov Tehran Xoşbəxt oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan köynəyə xüsusi üsulla hopdurulmuş 1,978 qram heroin aşkarlanıb.

Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci maddələrinə əsasən təqsirli bilinərək səkkiz il müddətinə azadlıqdan məhrum olunan və hazırda 10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Niyazov Ağamədi Fəxrəddin oğluna qardaşı Abşeron rayon sakini Niyazov Fəxri Fəxrəddin oğlu tərəfindən gətirilmiş sovqata da baxış keçirilib. Baxış zamanı orada çörəyin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,295 qram olan heroin aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.