Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib.
Hər iki şəxs dünən saxlanılıblar.
"baku.ws"in məlumatına görə Məharət Mustafayev Bakı şəhərində saxlanılaraq istintaqa cəlb edilib. Əli Rüstəmli isə Gəncə şəhərində saxlanılıb.
Xatırladaq ki, Məharət Mustafayev bir müddət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb. Daha sonra bu vəzifədən uzaqlaşdırılıb, Gəncə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olub. Əli Rüstəmli isə Gəncənin baş memarı vəzifəsində işləyib. Hətta bir dəfə bu vəzifədən uzaqlaşdırılıb və yenidən təyin olunub.
Ümumiyyətlə, hər hər iki şəxs barəsində zaman-zaman mətbuatda şikayət xarakterli silsilə yazılar dərc olunub. İlkin məlumata görə saxlanılan şəxslər qeyri-qanuni torpaq alqı-satqısı ilə məşğul olublar.