Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) bildirilib.Qeyd edilib ki, hazırda reanimasiya şöbələrində 183 nəfər müalicə alır.
Xəstələrdən 21 nəfəri isə süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1763 nəfərdir.