Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 169 yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatd deyilir. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 35 min 274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 min 993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib. Aktiv xəstə sayı 1763 nəfərdir.
Ötən müddət ərzində 873 min 777 test aparılıb. Bugünkü test sayı isə 5432-dir.