Xalq artisti Aygün Kazımova "Əsgər marşı” adlı yeni klipini təqdim edib.
YeniAvropa xəbər verir ki, müğənni bu layihəsini şəhid olmuş general-mayor Polad Həşimovun timsalında bütün şəhidlərə həsr etdiyini deyib: "Bu gün bizim igid generalımız, vətən uğrunda canından keçmiş Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsindən 40 gün ötür. Ağır, həm də qürurlu bir gündə sizə yeni "Əsgər marşı” adlı layihəmi təqdim edirəm. Bu layihəni, başda generalımız və polkovnikimiz olmaqla, bütün şəhidlərimizə ithaf edirəm.”
Klipə ekran həyatı verən isə Hacı Nuranın rəhbərlik etdiyi "HN” media və rejissor Rəşad Həsənov olub.
Ekran işi Daxili İşlər Nazirliyinin dəstəyi ilə hərbi hissədə, əsgərlərlə bərabər çəkilib.
Klipdə Aygün Kazımovanın hərbi forma geyinməsi və silahdan istifadə etməsi də diqqətdən yayınmayıb.
"Əsgər marşı” Xalq artistinin rəsmi "YouTube" kanalında təqdim olunub.