Yevlaxın Əkşəm kəndini sel basıb.
YeniAvropa xəbər verir ki, bu barədə Yevlax RİH-dən bildirilib. Qeyd edilib ki, səhər saatlarından etibarən Əkşəm kəndinə yağan aramsız yağış fəsadlar yaradıb.
Gülövşə- Əkşəm su kanalı, eləcə də kəndin daxili su arxının daşması selə yol açıb. Kənd arası yolları, həyətləri, məktəbi və digər təsərrüfatları su basıb.
Sel kənd sakini Duman İsmayılovun həyətyanı daş hasarının bir hissəsini də uçurub. Kənd arasında vəziyyətin normallaşdırılması üçün bəzi maşın və mexanizmlər cəlb olunub.
Aramsız yağan yağışlar qonşu kəndlərdə də həyət və təsərrüfatlara ziyan vurub.