Umayra Tağıyeva: Xınalıqda sulu qar, Şahdağda qar yağıb
Avqustun 23-ü səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub, yüksək dağlıq ərazilərdə, Xınalıqda sulu qar, Şahdağda qar yağıb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.Bildirib ki, düşən yağışın miqdarı Şinçayda (Şəki) 108, Qəbələdə 87 (aylıq normanın 125 faizi), Kişçayda (Şəki) 77 (aylıq normanın 138 faizi), Qaxbaşda (Qax) 72, Şəkidə 69 millimetr (aylıq normanın 123 faizi), Oğuzda 63 (aylıq normanın 109 faizi), Sarıbaşda (Qax) 61 (aylıq normanın 52 faizi), Balakəndə 52 (aylıq normanın 70 faizi), İsmayıllıda 49 (aylıq normanın 49 faizi), Başdaşağılda (Şəki) 38, Astarada 35 (aylıq normanın 42 faizi), Göygöldə 30 (aylıq normanın 57 faizi), Zaqatalada 29 (aylıq normanın 39 faizi), Xaltanda 29 (aylıq normanın 54 faizi), Qrızda 28 (aylıq normanın 52 faizi), Daşkəsəndə 25 (aylıq normanın 59 faizi), Şamaxıda 24 (aylıq normanın 95 faizi), Çeyrançöldə 22 (aylıq normanın 89 faizi), Qudyalçayda (Qrız) 21 (aylıq normanın 39 faizi), Gədəbəydə 20 (aylıq normanın 37 faizi), Naftalanda 20, Bərdədə 19 (aylıq normanın 91 faizi), Gəncədə 18 (aylıq normanın 95 faizi), Tərtərdə 17 (aylıq normanın 81 faizi), Mərəzədə17 (aylıq normanın 98 faizi), Yardımlıda 17 (aylıq normanın 40 faizi), Mingəçevirdə 16 (aylıq normanın 77 faizi), Sabirabadda 15 (aylıq normanın 177 faizi), Altıağacda 15 (aylıq normanın 57 faizi), Ağdamda 14 (aylıq normanın 54 faizi), Ağstafada 12 (aylıq normanın 49 faizi), Şəmkirdə 12 (aylıq normanın 45 faizi), Biləsuvarda 12 (aylıq normanın 118 faizi), Göyçayda 11 (aylıq normanın 49 faizi), Lerikdə 11, Cəfərxanda 11 (aylıq normanın 121 faizi), Beyləqanda 10 (aylıq normanın 77 faizi), Şərurda 9 (aylıq normanın 145 faizi), Qubada 8 (aylıq normanın 24 faizi), Tovuzda 7 (aylıq normanın 29 faizi), Zərdabda 7 (aylıq normanın 47 faizi), Qusarda 7, İmişlidə 7 (aylıq normanın 80 faizi), Kürdəmirdə 6 (aylıq normanın 40 faizi), Şabranda 3, Neftçalada 2 (aylıq normanın 32 faizi), Ordubadda 2 (aylıq normanın 32 faizi), Sədərəkdə (aylıq normanın 32 faizi), Ağdərə (Ordubad), Salyanda 2, Şahbuz, Naxçıvanda 1 millimetr olub.
Bakıda və Abşeron yarımadasına gəlincə, Bakıda 10 (aylıq normanın 164 faizi), Maştağada 7, Sumqayıtda 4 millimetr (aylıq normanın 52 faizi) yağıntı düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Balakənçay, Talaçay Zaqatala, Əyriçay Başdaşağıl, Kürmükçay İlisu, Gorançay-Ağcakənd, Dəmiraparançay Qəbələ məntəqələrindən və Kişçaydan sel keçib.
“Qar örtüyünün hündürlüyü Şahdağda 5 santimetr olub. Şimal-qərb küləyi arabir Neftçalada 32, Salyanda 25, Naftalanda 20, Bərdə, Naxçıvan, Şamaxı, Zaqatala, Qəbələdə 18, Mingəçevir, Şabranda 16, Bakıda 31, Çilov adasında 26, Maştağa, Qum adasında 25, Binə, Pirallahıda 23, Neft Daşlarında 22, Sumqayıtda 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,6 metrə çatıb. Havanın temperaturu Bakıda iqlim normasından 1,7° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-28°, Aran rayonlarında 28-33°, dağlıq rayonlarda 13-16°, Naxçıvan Muxtar Respublikasında 29-33° isti olub”, - deyə U.Tağıyeva bildirib.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq