logo

Siyavuş Novruzovla ombudsman həyat yoldaşı 400 manat cərimələndi

11:52 23-08-2020 | icon 3773
Siyavuş Novruzovla ombudsman həyat yoldaşı 400 manat cərimələndi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha 4 nəfər cərimələnib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Milli Məclisin deputatı Siyavuş Novruzov, onun həyan yoldaşı-ombudsman Səbinə Əliyeva , eləcə də Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə(Əlizadə) xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.

Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 400 yüz manat məbləğdə cərimə edilib.