Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) məlumat verilib. Bildirilib ki, hazırda reanimasiya şöbələrində 179 nəfər müalicə alır.
Xəstələrdən 24 nəfəri isə süni tənəffüs cihazına qoşulub.
Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1748 nəfərdir.