AzTV Ramiz Mehdiyevin nəvəsinin Novxanıda keçirilən toyu ətrafında yaranan qalmaqalla bağlı sujet hazırlayıb.
YeniAvropa xəbər verir ki, sujetdə AMEA-nın prezidenti Ramiz Mehdiyev, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov tənqid olunub.
Sujetdə sabiq rektorun 2018-ci ildə baş verən şərab qalmaqalına da nəzər salınıb.
"Toyda iştirak edənlərdən biri də Abel Məhərrəmovdur. O da baş verənlərə görə mənəvi məsuliyyət daşıyır. Toyda tost deyən Abel Məhərrəmov bu situasiya ilə 2018-ci ildə qarşı-qarşıya gəlmişdi. Söhbət Abel Məhərrəmovun İspaniyada qurduğu şərab biznesindən gedir. Onun şərab dolu çəlləkləri Şeyxin təyyarəsində Azərbaycandan İspaniyaya aparılmışdı. Ziyalı adına yaraşmayan bu addımı onu 20 ilə yaxın işlədiyi vəzifəsindən uzaqlaşdırdı", - deyə sujetdə qeyd olunub.