logo

Prokurorluqdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı rəsmi açıqlama

16:06 22-08-2020 | icon 2751
Prokurorluqdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı rəsmi açıqlama

Avqustun 22-də Abşeron rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətmiş şəxslər Əliyev İlham Əlisəftər oğlu və Mustafayev Rövşən Saleh oğlu barəsində Abşeron rayon Məhkəməsinə inzibati material daxil olub.

Abşeron rayon Məhkəməsindən YeniAvropa-ya bildiriblər ki, avqustun 22-də Abşeron rayon Məhkəməsində keçirilən məhkəmə iclasında inzibati xəta törətmiş şəxslər Əliyev İlham Əlisəftər oğlu və Mustafayev Rövşən Saleh oğlu avqustun 18-də saat 19:00 radələrində Novxanı qəsəbəsində ölkə ərazisində tətbiq edilmiş karantin rejimi qaydalarını pozduqlarını etiraf edərək tutduqları əməldən səmimi peşman olduqlarını bildiriblər.

Abşeron rayon Məhkəməsinin 2020-ci il 22 avqust tarixli qərarlarına əsasən Əliyev İlham Əlisəftər oğlu və Mustafayev Rövşən Saleh oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli biliniblər. Onların hər birinə 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.